
Bakıda 25 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
“Report” xəbər verir ki, 2001-ci il təvəllüdlü İsmayılov Rüstəm Şabanli oğlu yaşadığı Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60 ünvanında hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


