Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb

Baş səhifə
Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.