Rusiya XİN: Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır

Baş səhifə

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, əgər bu danışıqlar ciddi olacaqsa, Putin buna hazırdır.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya mümkün səfəri ilə bağlı suala cavab verən Lavrov Rusiya lideri ilə ABŞ nümayəndələri arasında əvvəlki bütün görüşlərin ciddi olduğunu vurğulayıb.

“Putinin Uitkoff və Kuşnerlə görüşləri ciddi olub və Ukraynadakı böhranın köklü səbəblərini aradan qaldırmağa yönəlib.

Lavrov əlavə edib ki, Moskva Uitkoff və Kuşnerlə təmaslara açıqdır və onların maraqları Rusiya tərəfindən anlayışla qarşılanacaq.