Azərbaycan klubu yarışlardan kənarlaşdırılıb

Baş səhifə
Azərbaycan klubu yarışlardan kənarlaşdırılıb

AFFA “İstiqlal” klubunu Region Liqasından kənarlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

28 dekabr 2025-ci il tarixində keçirilməli olan “İstiqlal” – “Sabirabad” oyunu meydan sahiblərinin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə “İstiqlal” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.