
Bakı.Trend:
14.01.2026-ci il tarixində saat 12:00 radələrində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt
ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış
qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Çağırış ünvanına dərhal təcili tibbi yardım
briqadası cəlb olunub.
“Hadisə yerində xəsarət alan 3 nəfərə (kişi) təcili tibbi yardım
briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin
müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi
Xəstəxanasına hospitalizasiya olunub”,- məlumatda bildirilib.
Qeyd edək ki, yerli KİV-lərdə bu gün Bakı-Sumqayıt yolunda beş
avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza barədə
məlumatlar yayılıb. Hadisənin yolun Xırdalan şəhərindən keçən
hissəsində qeydə alındığı bildirilir.


