Bakı-Sumqayıt yolunda 5 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Baş səhifə
Bakı-Sumqayıt yolunda 5 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Bakı-Sumqayıt yolunda 5 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlunat verir ki,Hadisə magistralın Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, müxtəlif markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub,

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.