Avropada əlverişsiz hava şəraiti səbəbindən bir neçə hava limanı işini dayandırıb

Baş səhifə
Avropada əlverişsiz hava şəraiti səbəbindən bir neçə hava limanı işini dayandırıb

Vyana (Avstriya) və Praqada (Çexiya) əlverişsiz hava şəraiti ilə əlaqədar beynəlxalq hava limanlarının işi müvəqqəti olaraq dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətlər yolların buz bağlaması səbəbindən tətbiq edilib və reyslər digər hava limanlarına yönləndirilir.