
Bakı. Trend:
İranın bütün aidiyyəti qurumları və orqanları vətəndaşların
haqlı tələblərinin gerçəkləşməsi istiqamətində durmadan
çalışacaq.
Trend-in
məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir
Qalibaf bu gün parlamentdəki çıxışında deyib.
Onun sözlərinə görə, iqtisadi böhran və məişət durumunun
ağırlığına görə, İran vətəndaşlarının haqlı tələbləri vardır. Bu
tələblərin yerinə yetirilməsi üçün ölkənin bütün rəsmi aidiyyəti
qurumları durmadan çalışmalıdır.
Qalibaf bildirib ki, ötən gün (12 yanvar) İranın bütün
şəhərlərində hakimiyyətə dəstək aksiyasında iştirakına görə
vətəndaşlara təşəkkür etmək lazımdır. Haqlı tənqidlərinin olmasına
baxmayaraq milyonlarla iranlının küçələrə axışaraq hakimiyyətə
dəstək olması əcənbilərin müdaxiləsini iflasa uğratdı.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.
Bildirək ki, ötən gün İranda hakimiyyətə dəstək aksiyası
keçirilib.


