İngiltərəli futbolçu Konor Qallaher “Tottenhem”in hədəfindədir

Baş səhifə

Bakı. Trend:

İgiltərəli futbolçu Konor Qallaher karyerasını “Tottenhem”də
davam etdirə bilər.

Trend-in məlumatına görə, bu barədə “The Athletic” nəşri xəbər
verib.

Məlumata əsasən, London təmsilçisi “Atletiko”nun
yarımmüdafiəçisi ilə müqavilə imzalamağa yaxındır.




Bildirilib ki, “Tottenhem” futbolçunun transferi üçün 40 milyon
avro məbləğində təklif irəli sürüb və bu təklifin qəbul olunacağı
ehtimal edilir. İngiltərəli yarımmüdafiəçi də bu keçidə müsbət
yanaşır.

Qeyd edək ki, bundan əvvəl “Aston Villa” da Qallaherə ciddi
maraq göstərsə də, klubun Maliyyə Ədalətli Oyunu qaydalarına əməl
etməsi səbəbindən razılaşma baş tutmayıb.