Bakı. Trend:
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaların
sərtləşdirilməsini və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH)
terror təşkilatı kimi tanımağı məsələsini müzakirə edir.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin Xarici İşlər və
Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ənvər əl-Anuni
deyib.
“İranda sui-istifadə və insan haqları pozuntuları törədənləri
hədəf alan hüquqi çərçivəmiz var. İllər ərzində bir sıra
təşkilatlar və şəxslər sanksiya siyahılarına əlavə edilib. Bu,
artıq tətbiq olunur. Son zamanlar artan zorakılıq fonunda daha sərt
tədbirlər təklif etməyə hazırıq”, – deyə o bildirib.
O əlavə edib ki, SEPAH nümayəndələri insan haqlarının
pozulmasına görə sanksiyalara məruz qalırlar.

