
Bakı. Trend:
Moldova Prezidenti Maya Sandu bildirib ki, ölkədə Rumıniya ilə
birləşmək üçün referendum keçirilsə, o, bu təşəbbüsün lehinə səs
verərdi.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “The Rest Is Politics”
podkastında çıxışı zamanı danışıb.
Prezidentin sözlərinə görə, mövcud beynəlxalq şəraitdə kiçik
dövlətlər üçün suverenliyi və demokratik idarəetməni qoruyub
saxlamaq getdikcə daha çətinləşir. O, Moldovanın üzləşdiyi
qeyri-sabit beynəlxalq mühitə və mürəkkəb xarici çağırışlara diqqət
çəkib.
Sandu qeyd edib ki, regional və qlobal proseslər fonunda Moldova
öz təhlükəsizliyini və gələcəyini təmin etmək üçün müxtəlif
ssenariləri müzakirə etməyə məcburdur.


