Paytaxtda avtobusda soyğunçuluq edən 3 nəfər saxlanılıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət
edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini
və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən
uzaqlaşdıqlarını bildirib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi
əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini
törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər
müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi
kameralar vasitəsilə də qeydə alınıb.




Faktla bağlı araşdırmalar aparılır.