
Bakı.Trend:
Azad olunan ərazilərdə yanvarın 5-dən 11-ə qədər 25 tank
əleyhinə mina, 152 piyada əleyhinə mina, 636 partlamamış hərbi
sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər
verir ki, bu barədə ANAMA-nın azad edilmiş ərazilərdə həyata
keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik
məlumatında deyilir.
Məlumata əsasən 875,1hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.


