Lənkəranda ev yandı –  2 kənd işıqsız qaldı

Baş səhifə

Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə rayonun Cil kəndində qeydə alınıb.

“Ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, yanğına görə Cil və Şağlaser kəndlərində elektrik enerjisinin verilişində 2 saata yaxın fasilə yaranıb.