
Seysmoloqlar Kuril adalarında 5,6 maqnitudalı zəlzələ qeydə alıblar.
Modern.az Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının “Yuzhno-Saxalinsk” seysmik stansiyasından bildirilib.
Yeraltı təkanlar dəniz dibinin 423 km dərinliyində, İturup adasındakı Reydovo kəndindən 214 km şimalda qeydə alınıb.


