
Bakı. Trend:
Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu
keçiriləcək.
Trend xəbər verir ki,
həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları
üz-üzə gələcəklər.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports
Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da
başlayacaq.
Kataloniya təmsilçisinin heyətində Ronald Arauxo, Andreas
Kristensen və Qavi zədə səbəbindən matçı buraxacaqlar. Madrid
klubunda isə Eder Militaonun oynamayacağı dəqiqdir. Trent
Aleksander-Arnold və Antonio Rüdigerin isə meydana
çıxıb-çıxmayacağı sual altındadır.
Qeyd edək ki, yarımfinalda “Barselona” “Atletik”i, “Real Madrid”
isə “Atletiko”nu mübarizədən kənarlaşdırıb.


