İsrail mart ayında Qəzzaya yeni hücumu hazırlayır – KİV

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu mart ayında başlaması planlaşdırılan Qəzza
zolağında yeni hücum əməliyyatı üçün planlar hazırlayıb.

Trend-in
məlumatına görə, bu barədə “The Times of Israel” nəşri xəbər
verib.




İsrail rəsmisi nəşrə bildirib ki, hücumun Qəzza şəhəri
istiqamətində aparılması planlaşdırılır və əməliyyatın məqsədi
anklav daxilində İsrailin nəzarətində olan zonanı mövcud “sarı
xətt”dən kənara çıxarmaqdır.

Öz növbəsində, adı açıqlanmayan bir ərəb ölkəsindən olan bir
diplomat “The Times of Israel” qəzetinə bildirib ki, İsrail ABŞ-ın
təsdiqi və dəstəyi olmadan əməliyyata başlaya bilməyəcək.