İndoneziyada 6,5 ​​bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

İndoneziya sahillərində 6,5 bal gücündə zəlzələ qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri Ternate şəhərindən 325 km
şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 54 km dərinlikdə
yerləşib.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan edilməyib.