
Bakı. Trend:
Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,
gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq.
Şimal-qərb küləyi səhər arabir güclənən cənub-qərb küləyi ilə
əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil
edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda
gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.


