ABŞ və Pakistan birgə hərbi təlimlər keçirir

Baş səhifə

Bakı. Trend:

Pakistanın Pabbi şəhərində yerləşən Milli Antiterror Mərkəzində
(NCTC) “İlhamlanmış Qambit -2026” (Inspired Gambit-2026) adlı 13-cü
birgə hərbi təlimlər keçirilir.

Trend xəbər verir
ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr
İdarəsi (ISPR) məlumat yayıb.




Bildirilib ki, iki həftə davam edəcək təlim antiterror
əməliyyatları sahəsində keçirilir. Təlimdə Pakistan və ABŞ
ordularının peşəkar hərbi kontingentlərinin iştirakını nəzərdə
tutulur.

Manverlər antiterror sahəsində təcrübə mübadiləsi yolu ilə
qarşılıqlı anlaşmanın və əməliyyat uyğunluğunun artırılmasına, eyni
zamanda effektiv antiterror əməliyyatları üçün zəruri olan taktika,
texnika və prosedurların daha da təkmilləşdirilməsinə
hədəflənib.