
Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan
neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə
2,87 ABŞ dolları və ya 4,4 faiz artaraq bir barel üçün 68,51 ABŞ
dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı
neftin FOB bazasında bir barelinin qiyməti 2,79 dollar və ya 4,37
faiz bahalaşaraq 66,65 dollar olub.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 2,6 dollar və ya 7,8 faiz artaraq bir barel üçün 35,93
dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin
qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,55 dollar və ya 4
faiz artaraq bir barel üçün 65,48 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta
qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.


