Bu ölkədə yaşayan əcnəbi vətəndaşların sayı artıb

Baş səhifə

Bakı. Trend:

Monqolustanda yaşamaq məqsədilə 34 min 272 əcnəbi vətəndaş
qeydiyyatdan keçib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4
faiz artım deməkdir.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-lər məlumat yayıb.




Məlumata görə, əcnəbilər sırasında ABŞ-ın 1124, Koreya
Respublikasının 1693, Hindistanın 2278, Rusiya Federasiyasının
3001, Çin Xalq Respublikasının 19 min 952 və digər ölkələrin 6224
vətəndaşı var.

Monqolustanda şəxsi məqsədlərlə yaşayan xarici vətəndaşların
sayı ümumi əhalinin üç faizindən çox ola bilməz və hər hansı bir
ölkənin vətəndaşlarının sayı bir faizlə məhdudlaşdırılır.