ABŞ-da federal agentliyin əməkdaşları iki nəfəri güllələyib

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Oreqon ştatının Portland şəhərində federal agentliyin
əməkdaşları tərəfindən iki nəfər güllələnib.

Trend xəbər verir ki, polis
əməkdaşları çağırışa getdikləri hadisə yerində güllə yarası almış
bir kişi və qadın aşkar ediblər.




Məlumata görə, atəş ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları
tərəfindən açılıb.

İnsidentin səbəbləri və yaralıların vəziyyəti məlum deyil.
Federal Tədqiqatlar Bürosu hadisə ilə bağlı araşdırma aparır.