
Bakı. Trend:
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam
edir.
Trend xəbər verir ki, ikinci
yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97
kiloqramda medalçılar müəyyənləşib.
55 kiloqram
1. Elmir Əliyev (Neftçi)
2. Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)
3. Fərid Sadıxlı (Neftçi), İbrahim Nurullayev (Neftçi)
63 kiloqram
1. Ziya Babaşov (Neftçi)
2. Sakit Quliyev (Neftçi)
3. Pərviz Dadaşov (MOİK), Səid Xəlilov (Sumqayıt-Təhsil,
“Neftçi”)
72 kiloqram
1. Fəraim Mustafayev (Neftçi)
2. Xalid Həsənov (Neftçi)
3. Rəsul Məmmədzadə (MOİK), Seymur Qasımov (Neftçi)
82 kiloqram
1. Tuncay Vəzirzadə (Neftçi)
2. Elmin Əliyev (MOİK, Lənkəran)
3. Kənan Abdullazadə (MOİK), Nicat Yeylaqaliyev (Abşeron)
97 kiloqram
1. Murad Əhmədiyev (Neftçi)
2. Məhəmməd Əhmədiyev (Neftçi)
3. Arif Niftullayev (Neftçi), Əli Quliyev (Neftçi)
Yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adlarının
bəlli olacağı yarışa yanvarın 11-də yekun vurulacaq. İlk “3-lük”də
yer alan güləşçilər milli komandaların tərkibinə daxil
ediləcəklər.


