Paşinyan ölkədə narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyə çağırıb

Baş səhifə
Paşinyan ölkədə narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyə çağırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan narkotik qaçaqmalçılığına qarşı mübarizəni xüsusi xidmət orqanlarının əsas vəzifələrindən biri adlandırıb və Milli Təhlükəsizlik Xidmətinin (MTX) potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Report”un erməni KİV-ə istinadən verdiyi məlumata görə, o, bunu peşə bayramı münasibətilə MTX-i ziyarəti zamanı bildirib.

Paşinyanın sözlərinə görə, xüsusi xidmət orqanları ayrı-ayrı hallarla və lokal ocaqlarla mübarizə ilə kifayətlənməməli, narkotik qaçaqmalçılığı mərkəzlərinin aşkar edilməsi və qarşısının alınmasına diqqət yetirməlidirlər.

O həmçinin qeyd edib ki, Ermənistan silah və hərbi texnika alır, lakin onların tətbiqindən yayınmağa ümid edir:

“Biz silah və hərbi texnikanı onları heç vaxt tətbiq etməmək ümidi ilə alırıq. Bu, son dərəcə vacibdir, çünki Milli Təhlükəsizlik Xidməti çox güclü komponentlərə malik olmalıdır. Onun xüsusi təyinatlı qüvvələri nəhəng imkanlara sahib olmalıdır. Lakin güc tətbiq etmək zərurətindən yayınmaq MTX-in əsas vəzifəsi olmalıdır”.