
Ötən ilin ilk 10 ayında Azərbaycan 66,9 milyon ABŞ dolları dəyərində 91 min 896 ton xurma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 48,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çox) 69 min 277 ton (+6 %), Ukraynaya 8,2 milyon ABŞ dolları dəyərində (+68 %) 8 min 874 ton (+40 %), Türkiyəyə 7,1 milyon ABŞ dolları dəyərində (9 +dəfə) 7 min 94 ton (+8 dəfə), Belarusa 2,1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 1 min 772 ton (+6 dəfə), Qazaxıstana 414 min ABŞ dolları dəyərində (-4 %) 813 ton (+24 %) məhsul satıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Latviyaya tədarükü (24 min ABŞ dolları dəyərində 19 ton) bərpa edib.
2024-cü ildə Azərbaycanın ixrac etdiyi 154,3 min ton xurmanın 85,8 %-i Rusiyanın payına düşüb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


