Paşinyan: İrəvan və Bakı potensial qarşılıqlı ticarəti müzakirə edir

Baş səhifə
Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir

Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarını mübadiləsini aparır və öyrənir.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə bildirib.

“Hazırda proseslər gedir – Ermənistan və Azərbaycan satışı və ya alışında maraqlı olduqları potensial malların siyahılarının mübadiləsini aparır”, – Paşinyan vurğulayıb.