
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp tabeliyində olanlarla Qrenlandiyanın
alınması imkanlarını fəal şəkildə müzakirə edir.
Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt
brifinqdə bildirib.
“Prezident hazırda bu məsələni milli təhlükəsizlik komandası ilə
fəal şəkildə müzakirə edir”, – deyə o qeyd edib.
Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı ilə bağlı
suala cavab olaraq, Livitt bildirib ki, “Prezident Tramp həmişə
bütün mümkün variantları nəzərdən keçirir” və eyni zamanda Amerika
lideri üçün prioritet həll yolunun diplomatiya olduğunu da qeyd
edib.

