
Bakı. Trend:
Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin
stansiya yoluna düşüb.
Trend xəbər verir ki, bu
barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb
və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
“Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola
salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna
göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Məlumat
yenilənəcək”, – qurumdan əlavə olunub.


