Bakı. Trend:
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin evinə hücumdan sonra
saxlanılan 26 yaşlı Uilyam DeFurun Demokrat Partiyasının zəngin
donorunun oğlu olduğu məlum olub.
Trend xəbər verir
ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, gəncin atası Harvard Universitetinin məzunudur və
həkim kimi uğurlu karyera qurub. O, 2020 və 2024-cü illərdə müvafiq
olaraq Co Bayden və Kamala Harrisin prezidentlik kampaniyalarına
minlərlə dollar ianə edib və uzun müddətdir Demokrat Partiyasının
fəal tərəfdarı kimi tanınır.
Xatırladaq ki, yanvarın 5-nə keçən gecə Ceyms Devid Vensin
evinin pəncərələri çəkiclə sındırılıb. Hadisə zamanı
vitse-prezident və onun ailə üzvləri evdə olmayıblar. Hadisə ilə
bağlı araşdırma davam edir.

