
Bakı. Trend:
Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq
olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində
aparılmalıdır.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində bildirib.
Azərbaycanda bütün yolların daha tez həll oluna biləcəyini
vurğulayan dövlətimizin başçısı ölkəmizin ərazisində Zəngəzur
dəhlizi ilə bağlı artıq heç bir problemin qalmadığını qeyd
edib.
Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Arazın üzərindən
körpünün də inşa edildiyini deyən Prezident İlham Əliyev bildirib:
“Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün
Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən
Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri
Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq,
Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi
birləşdirəcəyik.


