Bu ölkənin ən böyük aeroportu 500-ə yaxın reysi ləğv etdi

Baş səhifə

Bakı. Trend:

Niderlandın ən böyük beynəlxalq hava limanı “Sxiphol” pis hava
şəraiti səbəbindən ən azı 450 reysi ləğv edib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, bu rəqəmin daha da artacağı gözlənilir.

Ötən gün qar və buzlaşma səbəbindən 600 reys ləğv edilmişdi.