Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verdiyini açıqladı

Baş səhifə

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Vasil Malyuk istefa verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, təhlükəsizlik sistemində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Ukrayna lideri Volodimir Zelenski də Malyukun istefası ilə bağlı şərh verib:

“Mən Malyuka asimmetrik əməliyyatlarımızı dünyanın ən güclü əməliyyatlarına çevirməyi tapşırdım. Bunun üçün resurslarımız və lazımi siyasi dəstəyimiz var. Təhlükəsizlik Xidmətinin yeni rəhbərinin seçilməsi üçün namizədləri müzakirə etdik”.