
Bakı. Trend:
Prezident İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi
olaraq peşəkar şəkildə məşq edir.
Trend xəbər
verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
“Turkistan” qəzetinə müsahibəsində idmanla məşğul olmağı ilə
seçilən MDB üzrə həmkarları ilə bağlı suala cavab verərkən
bildirib.
“Sadır Japarov futbol oynayır. Şavkat Mirziyoyev yaxşı fiziki
formadadır, o da idman zalında məşq edir. Nikol Paşinyan
velosipedçidir. Məlum olduğu kimi, Aleksandr Lukaşenko hələ də
xokkey oynayır. Emoməli Rəhmon da sağlamlığından şikayət etmir,
dənizçi dözümlülüyünə malikdir. Beləliklə, bütün həmkarlar əla
fiziki formadadırlar”, – deyə o, qeyd edib.
Tokayevin sözlərinə görə, Vladimir Putin bu yaxınlarda Bişkekdə
keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuya qarşı fənd tətbiq
edərək, yaşlı nəslin şərəfini qoruyub.


