
Venesuela sülhə və dinc yanaşı yaşama prinsipinə sadiqdir, ölkə beynəlxalq əməkdaşlıq və qarşılıqlı hörmət şəraitində yaşamağa çalışır.
APA xəbər verir ki, bunu Venesuela prezidenti vəzifəsini müvəqqəti icra edən Delsi Rodriges bildirib.
Rodriges “Telegram” kanalında yazıb ki, Venesuela xarici təhdidlər olmadan, sülh və beynəlxalq əməkdaşlıq mühitində yaşamaq niyyətindədir.
O, həmçinin ABŞ prezidenti Donald Trampa müraciət edərək bildirib ki, ABŞ və Venesuela xalqları müharibəyə deyil, sülhə layiqdir.


