Tramp Kolumbiya prezidentinə qarşı əməliyyatın keçirilməsini istisna etməyib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu
narkotik qaçaqmalçılığında iştirak etməkdə günahlandıraraq
Venesuela əməliyyatına bənzər bir əməliyyatın baş verəcəyini
istisna etməyib.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə deyib.

Onun sözlərinə görə, Kolumbiya “kokain istehsal etməkdən və
ABŞ-yə satmaqdan zövq alan xəstə bir adam tərəfindən idarə
olunur”.




“Onun kokain fabrikləri var”, – deyə ABŞ prezidenti
bildirib.

ABŞ-nin Kolumbiyaya qarşı əməliyyat keçirib-keçirməyəcəyi ilə
bağlı suala o belə cavab verib: “Mənim üçün bu, cəlbedici
səslənir”.