Slovakiyanın Baş naziri Robert Fitso ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyatı pislədiyini bəyan edib.
“Report” xəbər verir ki, o, bu barədə “Facebook”da yazıb.
Onun sözlərinə görə, ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat “İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya nizamının dağılmasının növbəti sübutudur”.
“Kiçik bir ölkənin baş naziri kimi mən beynəlxalq hüququn bu cür pozulmasını qətiyyətlə pisləməliyəm”, – R.Fitso əlavə edib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

