Türkiyə Rusiya-Ukrayna münaqişəsində sülh üçün hər şeyə hazırdır – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasındakı müharibə son aylarda Qara
dənizdəki ticarəti təhdid altında qoymaqdadır. Bu münaqişənin bir
an əvvəl sülhlə başa çatması bizim səmimi arzumuzdur.

Trend türk
KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində 2025-ci il ixrac
statistikası ilə bağlı çıxışı zamanı bildirib.




O qeyd edib ki, Türkiyə sülhə gedən yolun açılması üçün hər cür
məsuliyyəti üzərinə götürməyə hazırdır:

“Biz nə rol qazanmaq, nə nümayiş etmək, nə də qan və göz yaşı
üzərindən mənfəət əldə etmək niyyətindəyik. Xarici siyasətimizin
əsası düşmən yox, dost qazanmaqdır. Münaqişələrdən fayda əldə etmək
kimi bir anlayışımız heç vaxt olmayıb”.