Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb

Baş səhifə

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresini narkoterrorizmdə ittiham edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Nikolas Maduroya qarşı narkoterrorçuluq məqsədilə sui-qəsd, kokainin idxalı üzrə sui-qəsd, avtomat silahlar və dağıdıcı qurğulara sahib olma, habelə bu silah və qurğulara sahib olmaq üçün sui-qəsd maddələri üzrə ittihamlar irəli sürülüb.

Bildirilir ki, onlar yaxın zamanda ABŞ ərazisində, Amerika məhkəmələrində ABŞ ədalət sistemi qarşısında cavab verəcəklər.