Venesuela vitse-prezidenti Maduronun sağ olduğuna dair sübut tələb edir

Baş səhifə

Bakı. Trend:

Prezident Nikolas Maduro və birinci xanım Siliya Floresin harada
olmasından xəbərsizik.

Trend xəbər verir ki, bu
barədə Venesuelanın vitse-prezidenti Delsi Rodrigez bildirib.

O əlavə edib ki, hakimiyyət orqanları “onların sağ olduqlarına
dair dərhal sübut” tələb edirlər.




Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp
Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq
ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun
lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum
həyata keçirib:

“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra
olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat
konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün
təşəkkür edirəm!”