Kanadada bu təhlükə ilə bir sıra fıstıqlı şokolad məhsulları geri çağırılıb

Baş səhifə

Bakı. Trend:

Kanada Qida Təftişi Agentliyi (CFIA) salmonella ilə çirklənmə
ehtimalına görə bir sıra fıstıqlı şokolad məhsullarını geri
çağırıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, geri çağırılan məhsullar arasında
“Dubai Style” fıstıqlı şokoladı, “The Peace Maker Specialty Bar”,
“Trans Canada Trail – Peace Seeker”, “Classic Box”, “Proudly
Canadian Box” və müxtəlif növ şokoladlar yer alır.




Agentlik vətəndaşlara xəbərdarlıq edərək, bu məhsullardan
istifadə edən şəxslərin özlərini pis hiss etmələri halında məhsulu
atmalarını və dərhal həkimə müraciət etmələrini tövsiyə edib.

Salmonella ilə çirklənmiş qidalar normal görünsə belə, ciddi
xəstəliklərə səbəb ola bilər. Simptomlara isə qızdırma, baş ağrısı,
ürəkbulanma, qusma, qarın spazmı və ishal daxildir. Xüsusilə
uşaqlar, hamilə qadınlar, yaşlılar və zəif immun sisteminə malik
insanlar risk qrupuna daxildir.