
Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar
və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş
kreditlərin həcmi 4,294 milyard manata çatıb.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 71,7 milyon manat
və ya 1,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 236,9 milyon
manat və ya 5,8% çoxdur.
Qeyd edək ki, ümumilikdə ötən ilin dekabrın 1-nə Azərbaycanda
real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard
manat təşkil edib.
Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat
və ya 8,3% artım deməkdir.


