Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb.

Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.




Bildirilir ki, yanvarın 2-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1
patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək
götürüblər.*

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.