Kanadanın Baş naziri Fransada keçiriləcək Ukrayna ilə bağlı iclasda iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Kanadanın Baş naziri Mark Karni yanvarın 5-dən 6-dək Parisdə
keçiriləcək “könüllülər koalisiyası”nın iclasında iştirak etmək
üçün Fransaya səfər edəcək.

Trend-in
məlumatına görə, bu barədə Kanada Baş nazirinin mətbuat xidməti
bildirib.




Məlumata əsasən, görüş iştirakçıları Ukraynadakı sülh prosesini,
eləcə də Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi
planlaşdırırlar.

Qeyd edək ki, dekabrın 29-da Fransa prezidenti Emmanuel Makron
yanvarın əvvəlində Parisdə “könüllülər koalisiyası”nın iclasının
keçiriləcəyini açıqlayıb.