Ərdoğan Trampla Ukrayna münaqişəsini və Qəzzadakı vəziyyəti müzakirə edəcək

Baş səhifə

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsini
müzakirə etmək üçün yanvarın 5-də amerikalı həmkarı Donald Trampla
telefon danışığı aparmaq niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidenti bildirib.

“Bazar ertəsi günü Prezident Trampla telefon danışığım olacaq”,
– deyə o bildirib.




Türkiyə prezidenti qeyd edib ki, müzakirə etməyi planlaşdırdığı
mövzular arasında Ukrayna və Qəzza zolağındakı vəziyyət də var.

R.T. Ərdoğan Ukrayna böhranında iştirak edən bütün tərəflərlə, o
cümlədən Qərb ölkələri ilə sıx əlaqədə olduğunu vurğulayıb.