Yəmən hökumət qüvvələri Hadramautdakı düşərgədən separatçıları çıxarıb

Baş səhifə

Bakı. Trend:

Yəmənin “Vətən Qalxanı” hökumət qüvvələrinin birləşmələri qərbi
Hadramaut vilayətindəki Əl-Haşaa bölgəsində əsas dayaq nöqtəsi olan
37-ci Briqada düşərgəsini geri alıb və Cənubi Keçid Şurasından
separatçı birləşmələri çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə vilayətin qubernatoru və əməliyyat
komandiri Salem əl-Xanbaşi bildirib.

“Əl-Həşadakı 37-ci Briqada düşərgəsi üzərində nəzarəti ələ
keçirdik”, – deyə o qeyd edib.




Əl-Xanbaşi əlavə edib ki, hökumət qüvvələri “müqavimət ocaqları”
ilə qarşılaşıb, lakin onları yatırmağı bacarıb və Seiyun şəhərinə
doğru irəliləyir.

“Biz [Cənub] Keçid Şurasının tərkibindəki qüvvələri qan
tökülməsinin qarşısını almaq üçün mövqelərindən geri çəkilməyə
çağırırıq”, – deyə o əlavə edib.