Azərbaycanda siqaret istehsalı 15%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 15,7 milyard ədəd
siqaret və siqar istehsal edilib.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin
eyni dövrü ilə müqayisədə 15,3% çoxdur.

Dekabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,016 milyard ədəd
təşkil edib.




Bundan başqa, 2025-ci ilin ilk 11 ayında Azərbaycanda 1786,1 ton
tütün istehsal edilib ki, bu da illik müqayisədə 56,6% azdır. Ötən
ilin dekabrın 1-nə ölkədə sözügedən məhsul üzrə hazır ehtiyat 486,9
tona bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda
pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıq
içkilər və tütün məmulatları satılıb. Bu göstərici 2024-cü ilin
eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.

Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin xüsusi çəkisi
yekunda 4,1% təşkil edib.