Hollivud ulduzu Tommi Li Consun qızı oteldə ölü tapılıb

Baş səhifə

Məşhur amerikalı aktyor Tommi Li Consun 34 yaşlı qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb.

APA xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb. Cümə axşamı səhər tezdən. Viktoriyanın 34 yaşı var idi”, – məlumatda deyilir.

Hadisə yerinə polis və tibbi ekspert gəlib. Ölümün səbəbi hələ də məlum deyil.