Bakı. Trend:
ABŞ Müharibə Nazirliyi “Raytheon” şirkəti ilə yenilənmiş
müqavilə çərçivəsində alınacaq “Tomahawk” qanadlı raketlərinin
sayını 350 ədədə qədər artırıb.
Trend-in
məlumatına görə, Pentaqonun açıqladığı rəqəmlərdə əvvəlcə cəmi 131
raketin istehsalının nəzərdə tutulduğu bildirilib. Yenilənmiş
müqavilənin dəyəri 785,2 milyon ABŞ dollarıdır.
ABŞ Hərbi Dəniz Qüvvələri, Ordu və Dəniz Piyadaları Korpusu,
həmçinin raketlərin istehsalı üçün 500 milyon dollar ayıran iki
xarici sifarişçi üçün tədarüklər 2029-cu ilin yanvarında başa
çatdırılmalıdır.
Qeyd olunub ki, “Raytheon” raketləri yeni “Block V” variantında
istehsal edəcək. Bu versiya təkmilləşdirilmiş naviqasiya və rabitə
sistemi ilə təchiz olunub və 1,6 min km uçuş məsafəsinə malik
olacaq.

