İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün
açıqladığı Qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər 1 yanvar
2026-cı il tarixindən qüvvəyə minib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Trend-ə verilən məlumata
görə, siyahı üç hissədən – hər zaman qadağan edilmiş maddələr və
üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar,
müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.




2026-cı il üçün açıqlanan Qadağan edilmiş maddələrin siyahısı
AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş
maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və
monitorinq proqramı da tərcümə edilərək agentliyin rəsmi internet
səhifəsində yerləşdirilib.

2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə bu
linkdən tanış olmaq olar.